Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 986-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli” ilə keçirilən qarşılaşmada fərqlənib.
41 yaşlı futbolçu matçın 14-cü dəqiqəsində hesabı açıb.
Təcrübəli hücumçu karyerasındakı qolların sayını 986-ya çatdırıb. Bunlardan 146-sını Portuqaliya millisində, 840-nı isə klub səviyyəsində vurub.

https://qelebe.az//uploads/photo/krishtiano-ronaldo-1000-ci-qola-bir-addim-da-yaxinlashdi.webp