İlham Zəkiyev İsgəndəriyyə Qran-Prisində
Noyabrın 20-21-də Misirin İsgəndəriyyə şəhərində Paracüdo üzrə Qran-Pri keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, turnirdə ölkəmizi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində ikiqat Paralimpiya çempionu paracüdoçumuz İlham Zəkiyev təmsil edəcək.
İdmançımızı yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.

https://qelebe.az//uploads/photo/ilham-zekiyev-isgenderiyye-qran-prisinde.webp