Millətlər Liqasında 1/4 finalın püşkü atıldı - Nəhənglər üz-üzə!

Millətlər Liqasında 1/4 finalın püşkü atıldı - Nəhənglər üz-üzə!

Millətlər Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 8 komandanın rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, Niderland Portuqaliya, Belçika Almaniya, İspaniya Fransa, Norveç isə İngiltərə ilə qarşılaşacaq.

Qarşılaşmalar 2027-ci ilin martında iki oyundan ibarət olacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya olub.