Qelebə.az / Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı

Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı

Dünən, 23:43

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 986-cı qolunu vurub.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli” ilə keçirilən qarşılaşmada fərqlənib.

41 yaşlı futbolçu matçın 14-cü dəqiqəsində hesabı açıb.

Təcrübəli hücumçu karyerasındakı qolların sayını 986-ya çatdırıb. Bunlardan 146-sını Portuqaliya millisində, 840-nı isə klub səviyyəsində vurub.

Geri qayıt