Azərbaycan komandası beynəlxalq turnirin qalibi olub

Azərbaycan komandası beynəlxalq turnirin qalibi olub

Azərbaycan komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən Arlan Chess Cup 2026 beynəlxalq şahmat turnirinin qalibi olub.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları arasında keçirilən turnir ilk dəfə beynəlxalq səviyyədə təşkil olunub.

Azərbaycanın qalib komandasında Hacıəli Əhədzadə, Rauf Məmmədov və komandanın kapitanı Zaur Məcidov çıxış ediblər.

İkinci yeri Tornike Qabuniya, Zurab Ksovreli və kapitan Besik Kakaladzedən ibarət Gürcüstan komandası tutub.

Üçüncü yerə isə Arman Aubakirov, Oljas Tugelbayev və kapitan Arman Jaldıqulovun təmsil etdiyi Qazaxıstanın “Arlan-1” komandası layiq görülüb.

Beynəlxalq turnirin ən yaxşı oyunçusu Qırğızıstan təmsilçisi Almazbek Abakirov seçilib.

Bununla yanaşı, respublika səviyyəsində keçirilən turnirdə 55 idmançı mübarizə aparıb. Fərdi yarışda Akmola vilayəti Polis Departamentinin əməkdaşı Yerlan Turimbetov birinci, Cinayət-İcra Sistemi Komitəsinin nümayəndəsi Yergali Sauran ikinci, Türküstan vilayəti Polis Departamentinin əməkdaşı Paşa Osmanov isə üçüncü yeri tutub.

Respublika turnirinin komanda yarışında Paşa Osmanov, Madi Yeşmuratov və kapitan Yerkegali Kuandıkdan ibarət Türküstan vilayəti Polis Departamentinin komandası qalib gəlib.

İkinci yeri Atırau vilayəti Polis Departamentinin, üçüncü yeri isə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis Departamentinin komandası tutub.

Stolüstü oyunlar
Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT

Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub - FOTOLENT

Stolüstü oyunlar
Anatoli Karpov sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilib

Anatoli Karpov sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilib

Stolüstü oyunlar
Naxçıvanda təşkil olunacaq Olimpiada ilə bağlı iclas keçirilib

Naxçıvanda təşkil olunacaq Olimpiada ilə bağlı iclas keçirilib

Stolüstü oyunlar
Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Şahmat Olimpiadasının açılışı olub

Stolüstü oyunlar
FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"

FİDE prezidenti: "Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu"

Stolüstü oyunlar
Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Stolüstü oyunlar
Azərbaycan şahmatçısı dünya çempionu olub

Azərbaycan şahmatçısı dünya çempionu olub

Stolüstü oyunlar
Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində “100-lüy”ü tərk edib

Stolüstü oyunlar
Dünya Kuboku Bakıda keçiriləcək

Dünya Kuboku Bakıda keçiriləcək

Stolüstü oyunlar
Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Azərbaycan Olimpiadada bürünc medal qazanıb