Dünya çempionatında iki cüdoçumuz 1/4 finala yüksəlib - YENİLƏNİB

Dünya çempionatında iki cüdoçumuz 1/4 finala yüksəlib - YENİLƏNİB

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/4 finala yüksəlib.

QELEBE.AZ xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov Niderland təmsilçisi Steyn Oldenhofa ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanan ilk azərbaycanlı cüdoçu olub.

100 kq-da çıxış edən Davud Namazlı da Özbəkistan təmsilçisi Muxammadobid Maxmarayimovu ipponla məğlub edərək eyni mərhələyə yüksəlib. O, bundan əvvəl 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gəlib.

90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq yarışla vidalaşıb. Eyni çəkidə çıxış edən Aslan Kotsoyev əvvəlcə Dilşod Naşirovu məğlub etsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə yenilib.

100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı üstələyərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb.

Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov mundialda mübarizəni davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

***

10.42

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib.

QELEBE.AZ xəbər verir ki, yarışın son fərdi günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb.

Eyni çəkidə çıxış edən Aslan Kotsoyev isə əvvəlcə Dilşod Naşirova qalib gəlsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə məğlub olub.

100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı məğlub edərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb. Eyni çəkidə mübarizə aparan Davud Namazlı isə qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

+100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov da monqolustanlı Temuulen Munxçuluunu ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov 1/8 finalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb