FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

15-16 oktyabr 2022-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə gənclər, yeniyetmələr və kişilər arasında Açıq turnir keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, turnirdə 33 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət yığma komandasının üzvləri məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, yarışda kikboksun “low kick” növündə 67 kq çəki dərəcəsində komandanın üzvü Eyvaz Əliyev, 86 kq çəki dərəcələrində isə İdman-sağlamlıq klubunun əməkdaşı, çavuş Hüseyn Mirzəyev və FHN Akademiyasının kursantı İlqar Zeynallı peşəkar kikboksçular arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər. Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal və diplomları təqdim olunub.

18 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda uğur qazanmış idmançılar respublika çempionatında çıxış edəcəklər.

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO