Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

“7 yaşımdan taekvondo ilə məşğul oluram. Məşqlərə bu idman növünü sevərək başlamışam”.

Apasport.az saytının məlumatına görə, bunu Taekvondo Federasiyasının mətbuat xidmətini yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Mehdi Budaqlı deyib.

14 yaşlı dünya çempionu taekvondoya gəlişinin əsas səbəbkarı şəxsi məşqçisi İlkin Şahbazovun olduğunu bildirib. Onun sözlərinə görə, hər şey hazırda çalışdırıcı kimi fəaliyyət göstərən Avropa çempionun siniflərinə gəlməsi ilə başlayıb: “İdmanın məhz bu növünü seçməyimin səbəbi İlkin Şahbazov olub. Şəxsi müəllim məktəbdə sinfimizə gəlmişdi və taekvondo barəsində danışdı. Mən də bu idman növünü çox bəyənərək, məşqlərə başladım”.

33 kq çəki dərəcəsində mübarizə aparan Budaqlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş dünya birinciliyində 6 döyüşdə qalib gələrək qızıl medala yiyələnməsini həyatında xoş xatirə olduğunu vurğulayıb. O bildirib ki, yarışdan döndükdən sonra oxuduğu məktəbdə onu xüsusi təqdim ediblər: “Dünya çempionu olmaq çox qürurverici, gözəl bir hissdir. Bununla həyatımda çox şey dəyişdi, yaxşı oldu. Hamı məni tanıdı. İdmanla məşğul olmağıma baxmayaraq, dərslərimə də vaxt ayırıram. Yaxşı oxuyuram”.

Yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu bu uğurla kifayətlənmək fikrində deyil. Mehdi qeyd edib ki, noyabrın 25-28-də Maltanın paytaxtı Vallettada keçiriləcək Avropa birinciliyində də özünü sübut etmək arzusundadır: “Qarşıda məni Avropa birinciliyi gözləyir. Uğur qazanmaq üçün komandadakı uşaqlarla birgə çox çalışırıq. Uğurumu davam etdirmək, burada da çempion olaraq Azərbaycan himnini səsləndirmək istəyirəm. Əsas hədəfim isə Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan Maltada Avropa birinciliyində 17 taekvondoçu ilə təmsil olunacaq.

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib