PFL: "İntizam Komitəsi medianın təhqir olunması ilə bağlı məsələyə baxmalıdır"

PFL: "İntizam Komitəsi medianın təhqir olunması ilə bağlı məsələyə baxmalıdır"

"Düşünürəm ki, AFFA İntizam Komitəsində (İK) bu məsələyə baxılmalıdır. Baxılma ehtimalı da var".

Bunu "QELEBE.AZ"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni icraçı direktoru Zaur Hacı-Məhərrəmov "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının IV tur oyununda "Qarabağ" azarkeşlərinin medianı təhqir etməsinə münasibət bildirərkən deyib.

PFL rəsmisi İK-in növbəti iclasının qarşıdakı günlərdə keçiriləcəyini bildirib. "Hər şey AFFA nümayəndəsinin hesabatından asılıdır. Daha sonra İntizam Komitəsi yekun qərar verəcək. Onlar müstəqil qurumdur. Hansı qərar verilsə, ictimaiyyətə açıqlanacaq".

Hacı-Məhərrəmovun fikrincə, fanatların belə davranışı qəbulolunmazdır: "UEFA nümayəndəsi kimi Litvada "Jalgiris" və Bolqarıstanın "Lüdoqorets" komandaları arasında UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına təyinat almışdım. 120-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin olunandan sonra yerli fanatlar hakimi təhqir etməyə başladılar. Bu, mənim hesabatımda da əks olunub. Təbii ki, Avropa futbol qurumu məsələ ilə bağlı qərar çıxaracaq. Onların bu hərəkəti qəbuledilməzdir. Bu, mənim şəxsi fikrimdir. İntizam Komitəsi AFFA nümayəndəsinin hesabatına əsasən qərar qəbul edəcək".

Qeyd edək ki, "Qarabağ"ın evdə "Şamaxı"nı 4:0 hesabı ilə yendiyi qarşılaşmanın AFFA nümayəndəsi Ramiz Mustafayev olub.

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Futbol
"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub