“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu
İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçisini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi argentinalı mütəxəssis Maurisio Poçettino ilə razılığa gəlib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və bütün müqavilə şərtləri razılaşdırılıb.
Poçettinonun hazırda rəhbərlik etdiyi ABŞ millisinin federasiyası da keçidə razılıq verib.
54 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanacağı gözlənilir. O, yeni vəzifəsinin icrasına milli komandaların oyunları üçün nəzərdə tutulan fasilədən sonra başlayacaq.
Poçettino bu postda noyabrın 12-də istefaya göndərilən Maykl Kerriki əvəzləyəcək.
Qeyd edək ki, argentinalı mütəxəssis daha əvvəl “Tottenhem”, PSJ və “Çelsi” klublarını çalışdırıb. O, 2024-cü ildən ABŞ millisinə rəhbərlik edir.

https://qelebe.az//uploads/photo/manchester-yunaytedin-yeni-bash-meshqchisi-belli-oldu.webp