NTD-də kütləvi ayrılıq

NTD-də kütləvi ayrılıq

NTD iki gənc oyunçusu ilə müqavilənin müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə yeni razılığa gəlib.

Hər iki basketbolçunun müqaviləsi daha bir il müddətinə artırılıb.

Oğuzxan Quliyev və Mübariz Mirzəyev Azərbaycanın U-20 millisinin də üzvləridir.

NTD-nin heyətində bir sıra ayrılıqlar da baş verib. Azərbaycanlı basketbolçular Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuz komandadan ayrılıblar.

Bundan başqa, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib.