Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
Sabah Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, saat 16:30-da başlayacaq açılış mərasimindən sonra A və B qrupu üzrə iki qarşılaşma baş tutacaq.
Meydana ilk olaraq AzTv ilə AZƏRTAC komandaları çıxacaq. Bu oyunun ardından "Veteranlar" ilə "Əmirxeyir" təmsilçiləri üz-üzə gələcək.
Birinci turun növbəti oyunları sentyabrın 27-də baş tutacaq.
Bazar günü keçiriləcək oyunlarda ATV - APA, ardınca MEDİA - "Qaraqoyunlu" komandaları üz-üzə gələcəklər.
Saat 17:00-da və saat 18:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.


https://qelebe.az//uploads/photo/shehid-jurnalistlerin-xatiresine-hesr-olunan-minifutbol-turnirinin-achilishi-ve-ilk-turun-oyunlari-kechirilecek-foto.webp