13 cüdoçumuz Avropa Kubokunda çıxış edəcək
8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq.
Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
48 kq
Nərgiz Əhmədova
Gülşən Hüseynova
Gülgəz Musayeva
52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Vüsalə Hacıyeva
Aytən Verdiyeva
Xədicə Qədəşova
63 kq
Nilgün Rzayeva
Oğlanlar
73 kq
Kənan Hüseynov
100 kq
Davud Namazlı
Canpolad Əliyev
Vidad Əliyev


https://qelebe.az//uploads/photo/13-cudochumuz-avropa-kubokunda-chixish-edecek.webp