Qurban Qurbanov: "Vacib oyuna çıxacağıq"

Qurban Qurbanov: "Vacib oyuna çıxacağıq"

"Çox vacib oyuna çıxacağıq. İkinci dəfə bu turnirin pley-off mərhələsində olacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bütün futbolçuların oyuna hazır olduğunu bildirib: "Rəqib sürətli oyunçulara malikdir və 90 meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zona həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var".

Qurbanov onu narahat edən məqamlara da aydınlıq gətirib: "Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı "Qarabağ" gözləyirəm. Buna nail olacağımıza inanıram".

Onun sözlərinə görə, yeni transferlərin komandaya uyğunlaşması çətin olmayacaq: "Amma hazırlıqları o səviyyədə deyil. Demək olar ki, kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə özlərini daha yaxşı və rahat hiss edirlər. Onlara sabahkı görüşdə şans verilməsi ehtimalı da var. Son qərarı oyun günü verəcəyik".

Təcrübəli mütəxəssis ilk matçın evdə və ya səfərdə olmasının hər hansı üstünlük olmadığını diqqətə çatdırıb: "Bakıda heç-heçə edib, səfərdə qalib gəldiyimiz qarşılaşmalar olub. Bəlkə də bugünkü durumda evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Ona uyğun addım atmalıyıq".

Qurbanov son avrokubok matçından sonra heyətdə çox dəyişikliklərin olduğunu vurğulayıb: "Zədəli oyunçularımız da var. 3-4 futbolçunun kənarda olması heç də asan deyil. Sabahkı görüşdə hər iki qapıçının meydana çıxmaq şansı var. Hələlik qərar verməmişik".

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Futbol
Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Futbol
Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

Futbol
Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb