10-cu bölgələrarası kubok keçiriləcək
23 may tarixində bədii gimnastika üzrə 10-cu bölgələrarası kubok keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, müxtəlif bölgələrdən bir araya gələcək gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış Neftçala Olimpiya İdman Kompleksində baş tutacaq.

https://qelebe.az//uploads/photo/10-cu-bolgelerarasi-kubok-kechirilecek.webp