“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted”də yeni müqavilə

Harri Maquayrın taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, müdafiəçi "Mançester Yunayted" ilə müqaviləsinin müddətini yeniləyib.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında 2027-ci ilin iyununa qədər qüvvədə olan sözləşmə imzalanıb. Müqavilədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.

Qeyd edək ki, Maquayr 2019-cu ildən "Yunayted"də çıxış edir.