Qubada keçirilən II "Ulduz Cup" beynəlxalq turnirində ilk günün nəticələri bəlli olub

Qubada keçirilən II "Ulduz Cup" beynəlxalq turnirində ilk günün nəticələri bəlli olub

Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında keçirilən II "Ulduz Cup" beynəlxalq turnirində ilk günün nəticələri bəlli olub.

Bu barədə "QELEBE.AZ"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.

Turnirin ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub.

“İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.

Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. A qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), B qrupunda “Qarabağ” (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” (Türkiyə), “Bunyodkor” (Özbəkistan), C qrupunda “Sabah” (Azərbaycan), “Paxtakor” (Özbəkistan), “Neftçi” (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayır.

Qeyd edək ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər