Millimiz Avstriya ilə qarşılaşacaq

Millimiz Avstriya ilə qarşılaşacaq

Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 16-də Avstriya yığması ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, oyun GİN-in Voleybol Mərkəzində keçiriləcək.

Matça saat 18:00-da start veriləcək.

Görüşü serbiyalı Stanislava Simic və türkiyəli Seçkin Yener idarə edəcəklər.

Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamız digər 3 qarşılaşmada məğlub olub. Yarışın formatına uyğun olaraq qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.