AFFA Hakimlər Komitəsinin sədri: "Elçin Məsiyevin UEFA Superkubokuna təyinatı Azərbaycan hakimliyinin inkişafı baxımından çox yaxşıdır"

AFFA Hakimlər Komitəsinin sədri: "Elçin Məsiyevin UEFA Superkubokuna təyinatı Azərbaycan hakimliyinin inkişafı baxımından çox yaxşıdır"

Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması Azərbaycan hakimliyinin inkişafı baxımından çox yaxşıdır.

Bunu "QELEBE.AZ"a AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere deyib.

O, FIFA referisi Elçin Məsiyevin UEFA tərəfindən təyinatını yüksək qiymətləndirib:

"Bu, həm də onu göstərir ki, hakimlərimizlə düzgün istiqamətdə işləyirik.
Unutmayaq ki, daha əvvəl UEFA U-17 və U-21-lər arasında Avropa çempionatının final mərhələsində iki baş hakim və iki köməkçi hakimlə təmsil olunmuşuq – Kamal Umudlu və Elçin Məsiyev bu oyunlarda iştirak ediblər. Avqustun 13-də Udinedə PSJ və "Tottenhem" klubları arasında keçiriləcək UEFA Superkuboku matçına təyinat bir daha sübut edir ki, daxili yarışlarımızda UEFA-nın təlimatlarına uyğun işləməyimiz yeganə düzgün yoldur. Biz UEFA ilə uyğun və sabit şəkildə işləyə bilirik".

Belçikalı funksioner bu təyinatın Azərbaycan hakimliyinin inkişafına təkan verəcəyini vurğulayıb:

"AFFA-nın Avropa futbolunun ən yüksək səviyyəsində təmsil olunması böyük şərəfdir. Bu təyinat Azərbaycan hakimliyinə müsbət təsir göstərəcək və ümid edirəm ki, yeni gənc oğlan və qızlar hakimlik karyerasına başlamaq istəyəcəklər. Çünki biz bütün səviyyələrdə daha çox hakimə ehtiyac duyuruq".

Frank de Blekere başqa təyinatların olduğunu da diqqətə çatdırıb:

"Əliyar Ağayev və Elçin Məsiyev komandaları ilə birlikdə gələn həftə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyununa təyinat alıblar. Onlar UEFA-nın birinci kateqoriyasına daxil olan 2 hakimimizdir ki, bu da böyük uğurdur. Bütün bu hadisələr müsbət siqnallardır və hər kəsə yüksək səviyyədə çıxış etmək üçün əlavə enerji verir".

Mütəxəssis hakimləri yeni mövsümə hazırladıqlarını sözlərinə əlavə edib:

"Hazırda Premyer Liqanın startına hazırlaşırıq və mən hakimlərimizi mövsümün başlanğıcına ən yaxşı şəkildə hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Bunun üçün 4 günlük yay kursu təşkil etdik ki, hakimlərimizi peşəkar şəkildə mövsümə hazırlayaq.
Yaxşı çıxış üçün yaxşı hazırlıq vacibdir. Yeni mövsümün açılışına hazır olacağıq".

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır