“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
İspaniyanın “Barselona” futbol klubunun üzvləri Bakıya gəlib.
QELEBE.AZ xəbər verir ki, komandanın üzvlərini gətirən təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Sabah” klubu ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/barselona-sabahla-oyun-uchun-bakiya-gelib-foto.webp