Azərbaycanın U-15 millisi təlim-məşq toplanışına start verib
“Barselona” Bakıya 4 itki ilə gəlir – Heyət açıqlandı
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la keçirəcəyi oyun üçün Bakıya yola düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son İspaniya çempionunun baş məşqçisi Hans-Diter Flik qarşıdakı görüşdə dörd futbolçunun xidmətindən yararlana bilməyəcək. Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal Bakıya gələn heyətdə yer almayıblar.
“Barselona”nın Bakı səfəri üçün heyəti:
Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də, saat 21:45-də başlayacaq.

https://qelebe.az//uploads/photo/barselona-bakiya-4-itki-ile-gelir-heyet-achiqlandi.webp