“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

“Fənərbaxça”nın UEFA Çempionlar Liqasında Ukraynanın “Şaxtyor Donetsk” klubuna qarşı keçirəcəyi oyunun baş hakimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşmasını İngiltərədən olan FIFA referisi Maykl Oliver idarə edəcək.

İngiltərəli hakim daha əvvəl Türkiyə klublarının iştirak etdiyi bir sıra avrokubok görüşlərində iş başında olub.

Oliver 2025-ci il oktyabrın 22-də “Qalatasaray”ın “Budyo-Qlimt”i 3:1 hesabı ilə məğlub etdiyi Çempionlar Liqası matçını da idarə edib.

O, 2023-cü ildə “Fənərbaxça” – “Sevilya” (1:0), 2022-ci ildə “Kopenhagen” – “Trabzonspor” (2:1), 2019-cu ildə isə “Zenit” – “Fənərbaxça” (3:1) qarşılaşmalarının da baş hakimi olub.

Qeyd edək ki, “Şaxtyor Donetsk” – “Fənərbaxça” görüşü noyabrın 25-də keçiriləcək. Ukraynadakı müharibə səbəbindən matç İngiltərənin paytaxtı Londonda yerləşən “Stemford Bric” stadionunda baş tutacaq.