Türkiyə Braziliyanı məğlub etdi - Dünya üçüncüsü oldu
Türkiyənin amputant futbolçulardan ibarət milli komandası 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vurub.
Apasport.az xəbər verir ki, Meksikada təşkil olunan turnirdə Türkiyə yığması üçüncülük uğrunda görüşdə Braziliya ilə qarşılaşıb.
Matç Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Türkiyə millisi dünya çempionatının bürünc medallarını qazanıb.
Qeyd edək ki, Türkiyə yarımfinalda Qana ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olan Türkiyə finala yüksələ bilməyib.
Finalda Qana və Mərakeş milliləri qarşılaşıblar. Görüş Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Afrika təmsilçisi tarixində ilk dəfə dünya çempionu olub.

https://qelebe.az//uploads/photo/turkiye-braziliyani-meglub-etdi-dunya-uchuncusu-oldu.webp