Alkaras Zverevi məğlub etdi, ATP Finalının qalibi oldu
İspaniyalı tennisçi Karlos Alkaras karyerasında ilk dəfə ATP Finalı turnirinin qalibi olub.
QELEBE.AZ xəbər verir ki, 23 yaşlı idmançı İtaliyanın Turin şəhərində keçirilən yarışın finalında almaniyalı Aleksandr Zverevlə qarşılaşıb.
Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Alkaras lider Zverevi 6:2, 7:6 (9:7) hesablı setlərlə məğlub edərək çempionluq qazanıb.
İspaniyalı tennisçi bununla daha bir uğura imza atıb. O, Andre Aqassi, Rocer Federer və Novak Cokoviçdən sonra dörd fərqli “Böyük Dəbilqə” turnirini və ATP Finalını qazanmağı bacaran dördüncü kişi tennisçi olub.
Zədədən qayıtdıqdan sonra keçirdiyi son 23 oyunun 22-də qələbə qazanan Alkaras dünya reytinqində ikinci pillədəki Yannik Sinnerlə xal fərqini 350-yə endirib.
Qeyd edək ki, Alkaras ötən il də ATP Finalının həlledici görüşündə iştirak etsə də, həmin vaxt Sinnerə məğlub olmuşdu.

https://qelebe.az//uploads/photo/alkaras-zverevi-meglub-etdi-atp-finalinin-qalibi-oldu.webp