Azərbaycanın U-15 millisi təlim-məşq toplanışına start verib
İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
İstanbulun Sarıyer rayonunda görünən və sakinlər arasında təşviş yaradan şirin “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcıya məxsus olduğu iddia edilib.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi bu iddialara münasibət bildirib.
“Qalatasaray”ın klub televiziyasına danışan Bardakcı məsələyə zarafatla aydınlıq gətirib:
“Hazırda bütün ölkə bu məsələdən danışır. Mənim evdə saxladığım bir aslan var, o da oğlumdur. Bunu deyə bilərəm”.
Komanda yoldaşı Eren Elmalı da söhbətə qoşularaq zarafat edib:
“Aslanın oğlu da aslan olar”.
Qeyd edək ki, Sarıyerdə küçədə şir görünməsi ilə bağlı yayılan məlumatlardan sonra sosial şəbəkələrdə heyvanın Abdülkerim Bardakcıya məxsus ola biləcəyi iddiaları ortaya çıxıb. Futbolçu isə açıqlaması ilə bu söz-söhbətə son qoyub.

https://qelebe.az//uploads/photo/istanbulda-gorunen-shir-qalatasarayin-futbolchusunundur-ozu-achiqladi.webp