Stolüstü tennis üzrə ölkə kubokuna start verilib
Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb.
QELEBE.AZ xəbər verir ki, yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərəcək.
Açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kuboku turnirinin əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.
Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə keçirilən ölkə kuboku turnirində U14 və U18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.

https://qelebe.az//uploads/photo/stolustu-tennis-uzre-olke-kubokuna-start-verilib.webp