“Sabah”ın futbolçusuna UEFA-dan ağır cəza
“Sabah”ın müdafiəçisi Eyden Makkarti UEFA tərəfindən iki oyunluq diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, buna səbəb cənubi afrikalı futbolçunun Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” klubuna qarşı keçirilən oyunda qırmızı vərəqə almasıdır.
UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, Makkarti rəqib futbolçuya zərbə endirdiyi üçün iki oyunluq cəzalandırılıb.
Beləliklə, mərkəz müdafiəçisi Liqa mərhələsinin V turunda “Barselona”, VI turunda isə “Vilyarreal”la qarşılaşmalarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Sabah” həmin matçda “Vikinq”ə səfərdə 1:4 hesabı ilə məğlub olub. Bakı təmsilçisi noyabrın 25-də “Barselona”nı qəbul edəcək.

https://qelebe.az//uploads/photo/sabahin-futbolchusuna-uefa-dan-agir-ceza.webp