Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

"Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, rəqib çox güclü komandadır".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis matçın çox ağır və çətin keçəcəyini bildirib: "Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Slovakiya ilə matçı unutmalı və bu görüşü düşünməliyik.".

De Byazi düzgün yolda olduqlarını bildirib: "Bir evi tikəndə bünövrədən başlamaq lazımdır. Bu, bir gündə baş verə bilməz. Böyük ev tikmək üçün daha çox vaxt lazımdır. Bizim situasiyada belədir. İlk 4 oyunda çox yaxşı idik. Slovakiyaya məğlub olduğumuz ilk matçda müdafiədə daha diqqətli oynamalı idik. Birinci hissədə hakim lehimizə penalti də təyin edə bilərdi. Belarusu səfərdə də məğlub etmək olardı. İmkanlardan yararlana bilmədik. Həmin iki oyuna görə təəssüflənirik. İndi 1-ci yer uğrunda yarışa bilərdik. Sabah qalib gəlsək, 2-ci olacağıq. Çox yaxşı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam".

O, Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsini belə şərh edib: "Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan".

Qarayevin milliyə çağırılmaması barədə çox danışmaq istəmədiyini söyləyən De Byazi deyib ki, komandanın içində olanlar orada qalır: "Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra knarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

İtaliyalı baş məşqçi yığmada özünü yaxşı tərəfdən göstərə bilməyən Elvin Camalovun çıxışını da dəyərləndirib: "Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstər meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır. Ondan razıyam. Komandasının da lideridir".

Təcrübəli mütəxəssis yığma üzvlərinə Slovakiya üzərində qələbəyə görə mükafat veriləcəyi barədə xəbərlərə münasibət bildirməyib: "Bu barədə açıq danışa bilmərəm. Xəbəri kim yazıbsa, onunla danışın".

De Byaziyə yığmadakı gələcək taleyinə də toxunub: "Müqaviləm sentyabrın 30-u başa çatır. Oktyabrın 1-də bu suala cavab verəcəyəm".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Futbol
Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq