AVF rəsmisinə CEV-dən təyinat
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Çempionlar Liqasının oyununa supervayzer təyin olunub.
Həmyerlimiz A qrupunda yer alan “UNI OPOLE” (POL) və “Volley MULHOUSE Alsace” (FRA) komandalarının qarşılaşmasında supervayzer kimi fəaliyyət göstərəcək.
Oyun noyabrın 26-da Polşanın Opole şəhərində keçiriləcək. Qarşılaşmanı bolqarıstanlı Dobromir Dobrev və estoniyalı Risto Strandson idarə edəcəklər.

https://qelebe.az//uploads/photo/avf-resmisine-cev-den-teyinat.webp