Dünya tennisinin ulduzu əməliyyat olundu: Kortlara qayıdışı gecikir
İtaliyalı məşhur tennisçi Yannik Sinner sağ dizindəki problemlə əlaqədar əməliyyat olunub.
Apasport.az xəbər verir ki, dünya reytinqinin ikinci pilləsində qərarlaşan 25 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Sinner son aylarda zədəsini cərrahi müdaxilə olmadan sağaltmağa çalışdığını, lakin müalicənin gözlənilən nəticəni vermədiyini bildirib:
“Son bir neçə ay ərzində komandamla birlikdə zədəmi əməliyyatsız müalicə etmək üçün əlimizdən gələni etdik. Əvvəlcə ümidverici irəliləyiş əldə etsək də, təəssüf ki, dizim gözlədiyimiz kimi reaksiya vermədi. Buna görə də kiçik cərrahi müdaxilə keçirməli oldum.
Kortlarda olmaq üçün həqiqətən çox darıxmışam. İndi komandamla birlikdə bərpa prosesinə başlayacağam”.
İtaliyalı tennisçi noyabrın 24-də Finlandiyanın Turku şəhərində əməliyyat olunub. Cərrahi müdaxilə uğurla başa çatıb.
Sinnerin bərpa müddəti təxminən üç ay çəkə bilər. Bu səbəbdən onun 2027-ci ilin yanvarında keçiriləcək Avstraliya Açıq Çempionatında iştirakı sual altındadır.
Qeyd edək ki, Sinner sağ dizindəki problem səbəbindən iyulda qazandığı Uimbldon titulundan sonra rəsmi turnirlərdə iştirak etməyib. Tennisçi oktyabrda mövsümü vaxtından əvvəl başa vurduğunu açıqlamışdı.

https://qelebe.az//uploads/photo/dunya-tennisinin-ulduzu-emeliyyat-olundu-kortlara-qayidishi-gecikir.webp