Qol güləşi üzrə dünya çempionatına Bakıda start veriləcək - İLK DƏFƏ
Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda təşkil olunacaq.
Apasport.az xəbər verir ki, yarış noyabrın 28-29-da “Elektra Events Hall”da keçiriləcək.
Rəsmi açılış mərasimi şənbə günü saat 12:00-da başlayacaq.
Yarışın ilk günündə 1/8 final və 1/4 final mərhələlərinin, noyabrın 29-da isə yarımfinal və final görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Çempionatda son illərdəki uğurlu çıxışlarına əsasən seçilmiş 12 yüksək səviyyəli komanda mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/qol-guleshi-uzre-dunya-chempionatina-bakida-start-verilecek-ilk-defe.webp