Qelebə.az / Qol güləşi üzrə dünya çempionatına Bakıda start veriləcək - İLK DƏFƏ

Qol güləşi üzrə dünya çempionatına Bakıda start veriləcək - İLK DƏFƏ

Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda təşkil olunacaq.

Apasport.az xəbər verir ki, yarış noyabrın 28-29-da “Elektra Events Hall”da keçiriləcək.

Rəsmi açılış mərasimi şənbə günü saat 12:00-da başlayacaq.

Yarışın ilk günündə 1/8 final və 1/4 final mərhələlərinin, noyabrın 29-da isə yarımfinal və final görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Çempionatda son illərdəki uğurlu çıxışlarına əsasən seçilmiş 12 yüksək səviyyəli komanda mübarizə aparacaq.

Geri qayıt