“İmişli”yə texniki məğlubiyyət verilib
Azərbaycan I divizionun II turunda xoşagəlməz hadisə yaşanıb.
QELEBE.AZ saytının məlumatına görə, “İmişli” – “Araz Naxçıvan” oyununda adı protokolda olmayan futbolçu iştirak edib.
Heyətində belə oyunçu olan “İmişli”yə texniki məğlubiyyət verilib. Lakin Naxçıvan təmsilçisi 3 cavabsız qolla qalib gəldiyi üçün hesab olduğu kimi saxlanılıb. İmişlinin eyniadlı klubu 400 manat cərimələnib.
Qeyd edək ki, “Araz Naxçıvan” ardıcıl ikinci qələbə ilə I divizionun lideridir.

https://qelebe.az//uploads/photo/imishliye-texniki-meglubiyyet-verilib.webp











