“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Bu gün güclü rəqibə qarşı oynadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”ın baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Bakıda baş tutan qarşılaşmanın ardından mətbuat konfransında bu fikirləri səsləndirib: “Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.

- Bu “Qarabağ” Konfrans Liqasında hara qədər gedə bilər?
- Avropa Liqasında “Qarabağ”ın bütün oyunlarını izləmişəm. Onların qrupda bəxtləri gətirmədi. Bu oyun, bu mentalitetlə Konfrans Liqasında çox irəli gedə bilər. Avropa Liqasında pley-offa yüksəlməmək “Qarabağ” üçün bəxtsizlikdir.

- Almaniyadakı oyundan əvvəl də Azərbaycan, Bakı haqda xoş fikirlər səsləndirmişdiniz. Maraqlıdır, sizdə Azərbaycan sevgisi haradandır?
- “Qarabağ”la oyundan əvvəl ölkənizi tanımırdım. “Qarabağ”ın oynadığı futbola böyük simpatiyam var. Xüsusən də, “Viktoriya” ilə matçda bəxtiniz gətirmədi. “Qarabağ”ın oyunundan həzz alırdım.

- Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” layiq idi?
- Futbolda bəxt amili az rol oynamır. “Nant”a qarşı oynamışıq. Sonda kimin xalı çoxdursa, o da vəsiqə qazanır. Bu günlə bağlı deyə bilərəm ki, bəxtimiz gətirdi.

- “Qarabağ”ın gələcəkdə maraq dairənizə düşə biləcək hansısa oyunçusu diqqətinizi çəkdimi?
- Vaxtım olsa “Qarabağ”ı böyük məmnuniyyətlə Konfrans Liqasında izləyəcəyəm. Onlara qarşı iki oyundan sonra başa düşürəm ki, Qurban Qurbanov niyə uzun müddətdir burada çalışır. Futbolda bu, normal hal deyil. “Frayburq”da kifayət qədər oyunçu var. Çox futbolçu komandamıza cəlb edə bilmərəm. Kvabena Ovusu, Kadi Borqes, Abdullah Zubir yaxşı oyunçulardır. Bu komandada sağlam ab-hava var. “Qarabağ”la matçlardan əvvəl izləyəndə görürdüm ki, hər qol vuranda ehtiyatdakı oyunçular da tullanır, sevinirlər. Bu o deməkdir ki, komandada hər şey yaxşıdır.

- Bu gün oyunöncəsi Qurban Qurbanovla şirin söhbətiniz oldu. Maraqlıdır, hansı məqamlara toxundunuz?
- Frayburqdakı oyun zamanı da dost kimi danışdıq. İkimiz də uzun müddətdir eyni klubda çalışırıq.

- Adətən “Qarabağ”ın qrupundan çıxan komanda finala qədər irəliləyir. “Barselona”, “Yuventus”, “Ayaks” kimi rəqiblərin olduğu turnirdə final şansınızı necə görürsünüz?
- Uzun illərdən sonra Avropa Liqasında oynayırıq. Çox maraqlı turnirdir. Biz oyundan-oyuna düşünürük. Bundesliqada da işlərimiz yaxşı gedir. Hazırda çox yaxşı oyun göstəririk. İndidən çox irəli baxmaq istəmirəm. Sonda qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Belə oyunla “Qarabağ” mütləq yaxşı nəticələr əldə edəcək.

Futbol
"Qalatasaray" tanınmış hücumçunu transfer edib

"Qalatasaray" tanınmış hücumçunu transfer edib

Futbol
XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"