Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

"Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq".

"Report"un məlumatına görə, bunu Fransanın "Nant" komandasının futbolçusu Lüdovik Blas "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi Yunanıstan "Olimpiakos"u ilə görüşdən sonra bəzi çətinliklərin olduğunu bildirib: "Buna baxmayaraq sabahkı matçda yaxşı oynamaq istəyirik. Göstərməliyik ki, ilk turdakı qələbə təsadüfi deyildi".

Blas "Nant"ın stabil çıxış edə bilməməsi barədə də danışıb: "Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə çıxış etdiyimizi deyə bilmərəm".

O, üç gündən bir oyun keçirməyin problem olmadığını diqqətə çatdırıb: "Bu, bəhanə ola bilməz. Peşəkar futbolçu formada olmalıdır. Matçdan sonra yorula bilərik. Amma dincəldikdən sonra özümüzə gəlirik".

Blas Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə də toxunub: "Biz futbolçuyuq. Buraya oynamağa gəlmişik. Matçımızı keçirdikdən sonra geri dönəcəyik Bunun bizə heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib