Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

"Hazırlaşmaq üçün vaxtımız az oldu. Yalnız dünən tam heyətlə məşq etdik. Məşqdə planlaşdırdığımızı oyunda həyata keçirə bildik. Səhvlərimiz oldu. İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis qələbə münasibətilə komandasını təbrik edib: "Sonadək intizama əməl etdilər. Polşa millisi güclü kollektivdir. 6-7 ildir bu heyət bir yerdə çıxış edir, fiziki və taktiki planda hazırlıqlı komandadır".

Onun sözlərinə görə, rəqib sona 5 dəqiqə qalmış 5 foul limitini doldursa da, komandası 10 metrlik cərimə zərbəsi vurmaq üçün əlavə foul qazana bilməyib: "Belə məqamlarda Felipinyo daha uyğun oyunçudur. Çünki o, driblinqlər etməyi xoşlayır və belədə rəqib ona qarşı kobud oynayır. Təəssüf ki, bu gün cəzalı olduğuna görə meydana çıxmadı. Fineo isə bu baxımdan işini görə bilmədi, imkan vermədilər".

Alesio oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcəkləri səfər oyununa da toxunub: "Bu matçdan da 3 xal qazanmaq istəyirik. Bu iki görüşü maksimum nəticə ilə başa vursaq, gələn il doğma meydanda Yunanıstanı təkrar qəbul edəcəyik. Həmin dueldən də 3 xal qazanıb, aktivimizdəki xalların sayını 9-a çatdırmaq haqqında düşünürük. Ümumiyyətlə, mərhələni qrup lideri kimi başa vurmaq istəyirik".

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

“Neftçi”nin SSRİ çempionatının bürünc medallarını qazandığı gündən 56 il ötür

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"