Avropa çempionatında birinci olan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

Avropa çempionatında birinci olan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında rekord xalla birinci olan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar.

“QELEBE.AZ” xəbər verir ki, U-15 Avropa çempionatında 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan və komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandanın Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi baş tutub.

Mərasimdə media təmsilçiləri, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Cavanşir Süleymanov (38 kq) finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib. Hüseyn Rzazadə (41 kq) finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.

Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov (44 kq) eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.

Əkbər Əsgərov (48 kq) finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk "üçlüy"ü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekorddur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb