AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə süni intellekt tətbiq edəcək.

Qurumun mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, idmançı hüquqlarının qorunmasına hər zaman böyük əhəmiyyət verən AMADA sentyabrı idmançı hüquqları ayı elan edib.

Bu çərçivədə qabaqcıl informasiya texnologiyalarının da tətbiqini nəzərdə tutan bir sıra layihələr həyata keçiriləcək. Bunlardan biri idmançı hüquqlarının qorunması baxımından inqilabi xarakter daşımaqla, dünyada bir ilk sayılan süni intellektdən yararlanaraq, antidopinq icraatları zamanı bütün idmançıların ədalətli mühakiməyə bərabər çıxışını təmin etmək məqsədi daşıyır.

Avstraliyanın antidopinq təşkilatı "Sport Integrity Australia" ilə əməkdaşlıq sazişi əsasında həyata keçirilən layihə idmançılara süni intellektdən istifadə etməklə, pulsuz hüquqi yardım xidmətlərinə çıxış imkanı verəcək. AMADA hesab edir ki, bu layihə həm Azərbaycanda, həm də bütün dünyada idmançıların hüquqlarının müdafiəsi baxımından mühüm addım olacaq. Layihə, şərait və statusundan asılı olmayaraq, hər kəsin keyfiyyətli hüquqi yardım haqqının olması prinsipinə əsaslanır.

Məqsəd, yaşadığı ölkə və maddi vəziyyətindən asılı olmayaraq, hər bir idmançının antidopinq icraatı zamanı keyfiyyətli hüquqi yardımla təmin olunmasına dəstək verməkdir. Süni intellekt idmançılara antidopinq icraatları zamanı düzgün və əsaslandırılmış qərarları qəbul etməkdə ən vacib məlumat və tövsiyələri verəcək.

Qeyd edək ki, süni intellekt hazırda bir çox sahələrdə tətbiq olunur və problemlərin həllində geniş istifadə edilir. Antidopinq və hüquq sahəsində süni intellektdən istifadəsi isə idmançıların ödənişsiz və keyfiyyətli hüquqi yardıma əlçatanlığını artırır. Bu, idmançıların ədalətli və bərabər əsaslarla özlərini müdafiə edə bilmələri üçün mühüm addımdır.

AMADA idmançıların hüquqlarının müdafiəsində süni intellektdən istifadəni təşviq etməsi, həm də milli və qlobal çağırışların tələblərindən irəli gəlir. Qurumun 2021 - 2025-ci illəri əhatə edən Strateji İnkişaf Planı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında hazırlanıb. Hər iki sənəddə insan hüquqlarının qorunması və müasir texnologiyaların tətbiqi mühüm yer tutur və AMADA hər zaman bu dəyələrə sadiqliyini nümayiş etdirir.

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"