Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı olub.

"QELEBE.AZ"un məlumatına görə, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

Vasif Talıbov Azərbaycanda şahmat ənənələrinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin şahmatın inkişafına böyük diqqət göstərdiyini bildirib.

FIDE prezidenti Arkadi Dvorkoviç Naxçıvanla bağlı xoş fikirlər səsləndirib, şahmatın inkişafı üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib: “Burada kifayət qədər istedadlı şahmatçılar yetişir. Pandemiya ilə bağlı yaranmış problemlərdən sonra, nəhayət ki, bu gün olimpiada üçün bir aradayıq. Gənc şahmatçılar özlərinə yeni dostlar qazanacaq, inkişaf edəcəklər. Bu turnirin təşkilatçılığına görə, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Daha sonra Mahir Məmmədov Azərbaycanın bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanındığını söyləyib: “Bir neçə gün əvvəl ölkəmizin mədəniyyət paytaxtı olan əziz Şuşada ilk beynəlxalq şahmat turnirini izləmək imkanımız oldu. 2016-cı ildə Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası bu yarış tarixinin ən uğurlu turnirlərindən biridir. Naxçıvanda 19 il əvvəl 20 yaşadək gənclər arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. Naxçıvan mütəmadi olaraq beynəlxalq turnirlərə ev sahibliyi edib. Burada dünyada az-az rast gəlinən idman sarayı var. Orta məktəblərin hamısında şahmat tədrisinin olmasını xüsusi qeyd etməliyəm. Son illər bu kütləviliyin sayəsində naxçıvanlı gənclər inkişaf etməyə, tanınmağa başlayıblar. Əminəm ki, bu hələ başlanğıcdır. Azərbaycan şahmatçıları daim dünya sıralamasında güclülər sırasında yer alıb. Təşkilar Komitəsinin, qonaqların özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Bütün iştirakçılara da uğurlar arzulayıram”.

Bunun ardından Olimpiadanın baş hakimi yarışın qaydaları barədə məlumat verib, həmçinin püşk atılıb. Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 6 komanda ilə - “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”, “Azərbaycan-Naxçıvan” və “Sumqayıt “la təmsil olunacaq. Bu gün startı veriləcək Olimpiada oktyabrın 10-dək davam edəcək.

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb