Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabat konfransı keçirilib.

“Report”un məlumatına görə, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Tədbirdə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, 2022-ci il qurum üçün yeni mərhələ ilə əlamətdar olub: “Bu il federasiyanın adı dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırıldı. Həmçinin il ərzində bir neçə nailiyyətlərimiz oldu”.

AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov çıxışında vurğulayıb ki, ən önəmli məqam işğaldan azad olunan Qarabağda beynəlxalq yarışın təşkil edilməsi idi:
“Ölkə başçısı İlham Əliyevin tədbirdə iştirakı da idmançılarımıza göstərilən qayğının nəticəsidir. İdmançılarımızdan Diana Dımçenko Dünya Kubokunda 4-cü yeri tutdu. Ondan daha böyük nəticə gözləyirdik. Gözləntilərimizi doğrultdu. Avropa və dünya çempionatlarında uğurlu çıxış edərək, federasiyamızı tanıtdı. AKAF-la Avropa Kanoe Federasiyası arasında görüş baş tutdu. Bizim fəaliyyətimizdən məmnunluqlarını bildirdilər. Layihələrimizdən biri də bölgələrdə avarçəkmənin inkişaf etdirilməsidir. Eyni zamanda avarçəkməni paytaxt Bakıya qaytardıq. Artıq dekabrın 24-də Xəzər dənizində də məşqlərə başlayacağıq”.

O əlavə edib ki, növbəti ildə bəzi yarışların proqramı da artıq məlumdur: “Həkəri çayının Qubadlıdan keçən hissəsi dağ çayları növünə uyğundur. Həmçinin başqa bir neçə yerə də mütəxəssislər baxacaq. Əsas hədəflərdən biri isə Azərbaycanda dünya və Avropa çempionatı kimi yarışları təşkil etməkdir. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan bəzi yarışların proqramı da məlumdur. Gənclər Kuboku təşkil olunacaq. Həmçinin, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2023” turnirinin 4-7 may tarixlərində keçirilməsi planlaşdırılır”.

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb