Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

“Əvvəlki iki yarışı uğursuz saymıram”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu federasiyanın rəsmi saytının təqdimetmə mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Baş katib Bakıda keçiriləcək Böyük Dəbilqə turnirində Azərbaycanın 37 cüdoçu sifariş etməsinin əvvəlki turnirlərdəki uğursuzluqla bağlı olması ilə əlaqədar sualın cavabında qeyd edib ki, bəzi çəkilər üzrə seçim turniri olub və orada qalib gələnlər Böyük Dəbilqəyə vəsiqə qazanıblar: “İlk 2-3 nəfəri isə baş məşqçi müəyyən edib. Yerli yarışlarda təşkilatçı olaraq hər çəki dərəcəsində 4 idmançı sifariş edə bilərik. Kişilərdə hamıya şans vermək imkanımız var. Qadınlarda isə 9 idmançımız mübarizə aparacaq. Bəziləri zədəlidir. Məsələn, Fidan Əlizadə zədə səbəbindən yarışda iştirak edə bilməyəcək. Turnir Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır”.

Federasiya rəsmisi həmçinin qeyd edib ki, Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirində 64 ölkədən 406 idmançının iştirakı gözlənilir: “Qeydiyyat bu gecə saat 02:00-dək davam edəcək. Yarışların proqramına gəlincə, saat 10:00 və ya 11:00-da ilkin görüşlər başlayacaq. Saat 16:00-da açılış mərasimi keçiriləcək. Saat 17:00-da isə final görüşləri olacaq”.

Dünya çempionatında uğursuz çıxış edən cüdoçuların bu yarışda hansı nəticə göstərəcəyi ilə bağlı suala da cavab verən Rəşad Rəsullu Kəramət Hüseynov, Rüstəm Orucov və Məmmədəli Mehdiyevin kifayət qədər təcrübəli idmançılar olduqlarını vurğulayıb: “Dünya çempionatından 4 həftə vaxt keçib. Bu, səhvlərin üstündə işləmək üçün böyük müddətdir. Onların Bakıdakı Böyük Dəbilqədə iştirakı əvvəldən bəlli idi. Məşqlərini edirdilər. İştirak etməmələri üçün heç bir səbəb yoxdur. Bu, həm də məşqçilər heyətinin qərarıdır. Dünya çempionatı ilə Abu-Dabidəki Böyük Dəbilqə arasında vaxt az idi. Bəzi idmançılarımız mundialdan birbaşa ora getmişdilər. Bakıda güləşmək onlar üçün əlavə motivasiya olacaq”.

Baş katib azərbaycanlı mütəxəssislərin Beynəlxalq Cüdo Federasiyasında təmsil olunmaması ilə bağlı isə bunları deyib: “IJF-nin öz qaydaları var. Deyə bilmərəm ki, hansısa ölkəyə rəğbət bəsləyirlər. Rəşad Nəbiyev və Rövnəq Abdullayev İFJ-də fəaliyyətini davam etdirir. Dekabrın 1-də Konqres olacaq. Orada komissiyaların tərkibi yenidən formalaşacaq. Bizim də iki namizədimiz var. Bunlar Elnur Məmmədli və Ramil Vəliyevdir”.

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub