“Sabah” - “Trabzonspor” matçının biletləri satışda
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” və Türkiyənin “Trabzonspor” basketbol komandaları arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, A qrupunun dördüncü turu çərçivəsində baş tutacaq görüş noyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.
Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, biletlərin qiyməti 2, 3, 10 və 100 manat təşkil edir. Biletləri “iticket.az” saytından əldə etmək mümkündür.

https://qelebe.az//uploads/photo/sabah-trabzonspor-matchinin-biletleri-satishda.webp