“Fənərbaxça” ÇEMPİON

“Fənərbaxça” ÇEMPİON

Avropa Basketbol Liqasının qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Fənərbaxça Beko” Fransa təmsilçisi “Monako” ilə qarşılaşıb.

İstanbul klubu rəqibini 81:70 hesabı ilə məğlub edərək çempion adına yiyələnib.

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu titulu ikinci dəfə qazanıblar. Komanda sonuncu dəfə 2016/17 mövsümündə kubokun sahibi olmuşdu.