"Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb

"Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

“Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

“Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);