Azərbaycan millisinin baş məşqçisi: "Önəmli olan komandanı dünya çempionatına tam hazırlamaqdır"

Azərbaycan millisinin baş məşqçisi: "Önəmli olan komandanı dünya çempionatına tam hazırlamaqdır"

Monteneqroda keçirilən Millətlər Liqası turnirində mübarizə aparan Azərbaycanın minifutbol millisinin əsas hədəfi Bakıda təşkil olunacaq dünya çempionatına qədər tam hazır olmaqdır.

Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Elşad Quliyev deyib.

O, Millətlər Liqasının reytinq xalları verən turnir olduğunu vurğulayıb:

“Dünən Bosniya və Herseqovina, daha sonra Türkiyə milliləri ilə oynadıq. Bu gün Monteneqro, sabah isə Qazaxıstanla matçımız olacaq. Millətlər Liqası reytinq xalları verən turnirdir. Milli komandalar oynayır. Bəzən qarışıq heyətlə meydana çıxırlar. Həmçinin biz də eyni şəkildə oynayırıq. Təkcə qələbə haqqında fikirləşmirik. Önəmli olan komandanı Bakıda keçiriləcək dünya çempionatına tam hazırlamaqdır. Yeni oyunçulara daha çox şans veririk. Uduzmaq və ya xal itirmək də bizim üçün böyük əhəmiyyət kəsb etmir”.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb