Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb
Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub.
APA xəbər verir ki, bu barədə Ronaldo özü sosial şəbəkə hesablarında açıqlama yayıb.
Ronaldo 20 avqust 2003-cü ildə 18 yaşında Portuqaliya yığmasında debüt edib.
41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub.
O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub.
Hücumçu hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir.

https://qelebe.az//uploads/photo/kristiano-ronaldo-portuqaliya-yigmasinda-karyerasini-bitirdiyini-achiqlayib.webp











