Şahmatçımızdan dünya çempionatında bürünc medal
BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.
Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.
Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.
Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

https://qelebe.az//uploads/photo/shahmatchimizdan-dunya-chempionatinda-burunc-medal.webp