Bakıda yanğınsöndürmə və xilasetmə üzrə çempionatın qalibləri müəyyənləşib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yanğınsöndürmə və xilasetmə üzrə çempionatın qalibləri müəyyənləşib - FOTO - VİDEO - YENİLƏNİB

Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.

Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır.

Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.

Nazir Kəmaləddin Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.

Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.

Daha sonra çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. Yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov - Rusiya Federasiyası, II yeri Zelimxan Kubayev - Rusiya Federasiyası, III yeri isə Stanislav Titorenko - Rusiya Federasiyası tutub.

Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə I yerə Mariya Kataseva - Rusiya Federasiyası, II yerə Aleksandra Lasenkova - Belarus Respublikası, III yerə isə Yekaterina Sidorenko- Rusiya Federasiyası layiq görülüblər.

Qalib və mükafatçılara medalları Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

***

21:11

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib və qaliblər müəyyənləşib

Kişilər arasında keçirilən yarışda l, ll, lll yerlərə Rusiya Federasiyası komandasının idmançıları layiq görülüb.

Qadınların mübarizəsində isə I və lll yerə Rusiya Federasiyasının idmançısı, II yerə isə Belarus idmançısı layiq görülüb.

Qalib və mükafatçılara medalları Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayıblar:

Hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma,

100 metr məsafəyə maneəli qaçış,

4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb