Dambrauskas: “Çempionlar Liqasında kiçik səhv baha başa gəlir”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Vikinq”ə 1:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QELEBE.AZ xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
“Bura Çempionlar Liqasıdır və burada bütün oyunlar çətin keçir. Norveçə çox yaxşı hazırlaşaraq gəlmişdik. İlk hissədə bərabər səviyyəli mübarizə izlədik. Hər iki komanda yaratdığı qol imkanlarından istifadə etdi. İkinci hissədə isə oyun bir qədər açıq keçdi. Rəqib təkbətək mübarizələrdə daha üstün idi. Belə qarşılaşmalarda sürət amilinə xüsusi diqqət yetirmək lazımdır”.
Dambrauskas komandasının azlıqda qalmasına baxmayaraq, mübarizəni davam etdirdiyini bildirib:
“Təəssüf ki, buraxdığımız qol bizi məğlubiyyətə apardı. Halbuki azlıqda qaldıqdan sonra da yaxşı mübarizə aparırdıq. Dediyim kimi, bura Çempionlar Liqasıdır və səviyyə tamamilə fərqlidir. Kiçik bir səhv belə qapımızda qolla nəticələnə bilər”.
Qeyd edək ki, Norveçdə keçirilən “Vikinq” – “Sabah” qarşılaşması meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

https://qelebe.az//uploads/photo/dambrauskas-chempionlar-liqasinda-kichik-sehv-baha-basha-gelir.webp