Qelebə.az / Şahmatçımızdan dünya çempionatında bürünc medal

Şahmatçımızdan dünya çempionatında bürünc medal

Bu gün, 12:04

BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

Geri qayıt